İranda növbəti əməliyyat - 6 terrorçu tutuldu

iranda-novbeti-emeliyyat-
Oxunma sayı: 1354

İranda 6 terrorçu ələ keçib.

Qafqazinfo”nun lenta.ru-ya istinadən məlumatına görə, bu haqda İranın Milli təhlükəsizlik naziri Mahmud Ələvi bildirib. O, qeyd edib ki, həmin şəxslər Beynəlxalq Əl-Qüds Gününə həsr olunmuş tədbirlərdə diversiya aktları törətməyi planlaşdırıblar.

Tutulan şəxslər dindirilmə zamanı daha bir neçə şəxsi ələ veriblər. Hazırda digər şübhəlilərin saxlanılması istiqamətində işlər davam etdirilir.