İranda növbəti parlament seçkilərinin vaxtı açıqlandı

iranda-novbeti-parlament-seckilerinin-vaxti-aciqlandi
Oxunma sayı: 794

İranda növbəti parlament seçkiləri 2020-ci ilin fevralın 21-də keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, bunu açıqlamasında ölkənin Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli deyib.

O, dekabrın 1-dən seçkilərdə iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlanılacağını bildirib.

Qeyd edək ki, İranda namizədlərin qeydiyyatı, seçkiyə hazırlıq və seçkilərin keçirilməsi ölkənin Daxili İşlər Nazirliyi tərəfindən reallaşdırılır.