İranda parlament seçkilərinin nəticələri hesablanır

iranda-parlament-seckilerinin-neticeleri-hesablanir
Oxunma sayı: 983

İranda parlament seçkilərində verilmiş səslərin hesablanmasına başlanılıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, İran şəhərlərindəki seçki məntəqələri yerli vaxtla saat 23:45-də (əslində isə 18:00-da bağlanmalı idi) bağlanıb və səslərin hesablanmasına başlanılıb.

Saat 8:00-dan başlayan səsverməyə 55 milyon vətəndaş qatılıb.

Qeyd edək ki, İranda keçirilən budəfəki parlament seçkilərində 290 yer uğrunda 5 minə yaxın namizəd mübarizə aparıb.