İranda partlayış - 2 ölü, 4 yaralı

iranda-partlayis-2-olu-4-yarali
Oxunma sayı: 633

“Media forum” saytının məlumatına görə, zavodun anbarında baş verən partlayış geniş dağıntılara səbəb olub. Dağıntılar altında qalmış fəhlələri xilas etmək üçün xüsusi təlim görmüş itlərdən istifadə edilib.

Jurnalistlərə açıqlama verən Şəhriyar şəhərinin rəsmisi Abbas Cövhəri anbarda hərbi silah-sursat saxlanması ilə bağlı xəbərləri şayiə adlandırıb: “Mən zavod anbarından hərbi məqsədlər üçün istifadə edilməsi haqda yayılan şayiələri təkzib edirəm. Partlayış sadəcə olaraq anbarın bir hissəsində baş verən yanğınla əlaqədardır”.