İranda prezident seçkilərində səsvermə rəsmi olaraq 02:00-da başa çatıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Seçkilərin Keçirilməsi üzrə Qərargah bildirib.
“Səsvermənin keçirilmə vaxtı başa çatdı. Hazırda səsvermə yalnız insanların qaldığı məntəqələrdə davam edir”, - “Gənc Jurnalistlər Klubu” agentliyi bəyanatdan sitat gətirir.
Eyni zamanda, IRIB Teleradio Yayım Korporasiyasının məlumatına görə, artıq bağlanmış əksər məntəqələrdə səslərin hesablanmasına başlanılıb.
Qeyd edək ki, iyunun 18-də İranda sayca 13-cü prezident seçkiləri keçirilib. Seçkilərdə səsvermə yerli vaxtla saat 07:00-da başlayıb. Prosedur gecəyarısı bitməli idi, lakin zərurət yaranacağı təqdirdə onun 02:00-dək uzadılmasına icazə verilib.
Dövlət başçısı postu uğrunda Qəbul edilən qərarların məqsədəuyğunluğu üzrə Şuranın katibi Möhsün Rezai, Ali Məhkəmənin sədri İbrahim Rəisi, parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və Mərkəzi Bankın sabiq rəhbəri Əbdünnasir Himməti mübarizə aparırlar.
Son xəbərlər
Son Xəbərlər