İranda prezident seçkilərində səsvermə başa çatıb - Yenilənib

iranda-prezident-seckilerinde-sesverme-basa-catib
Oxunma sayı: 8717

İranda prezident seçkiləri üçün səsvermənin vaxtı 20:00-dək (Bakı vaxtı ilə saat 20:30-a qədər- red.) uzadılıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.

“Ölkənin müxtəlif bölgələrindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında bütün ölkə üzrə səsvermə vaxtı 2 saat uzadılıb”, - Eslami bildirib.

Qeyd edək ki, seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi.

***

İranda prezident seçkiləri səsverməsi müddəti üçüncü dəfə uzadılıb, seçicilər yerli vaxtla saat 00:00-a (Bakı vaxtı ilə saat 00:30) qədər səs verə bilərlər.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İRİB telekanalı məlumat yayıb.

“Səsvermə saat 00:00-a qədər uzadılıb”, - İranın Seçki Komissiyasının nümayəndəsi Möhsün Əslami bildirib.

Böyük ehtimalla, üçüncü uzadılma sonuncudur, sonra səslərin sayılması başlayacaq.

***

İranda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.

Bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.