İranda prezident seçkilərinin vaxtı açıqlandı

iranda-prezident-seckilerinin-vaxti-aciqlandi
Oxunma sayı: 1344

İranda prezident seçkiləri 2021-ci il iyunun 18-də keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Daxili İşlər nazirinin müavini Camal Orf açıqlama verib.

“İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə razılığa gəldikdən sonra seçkilərin 18 iyun 2021-ci ildə keçirilməsi qərara alındı”,- deyə açıqlamada qeyd edilib.

Camal Orf, həmçinin bildirib ki, seçki prosesinin başlanğıcı 2021-ci ilin fevral - mart aylarına planlaşdırılıb.