“Qafqazinfo” xəbər verir ki, geyim qaydalarına zidd olaraq libas seçən qadın sürücülərin avtomobilləri əllərindən alınacaq.
Tehran Nəqliyyat Şöbəsinin rəisi Timur Hüseyni açıqlamasında qadın sürücülərin avtomobil içərisində rəhbərliyin təyin etdiyi geyim-keçim qaydalarına əməl etmədiklərini, bəzən örpəklərini açdıqlarını qeyd edib.
Hüseyni Tehranda təşkil etdiyi mətbuat konfransında bildirib ki, avtomobili saxlanılan qadınların sənədləri məhkəməyə göndəriləcək. Avtomobillərin geri qaytarılması isə məhkəmə qərarından sonra reallaşacaq.
Son xəbərlər
Son Xəbərlər