İranda qar uçqunu oldu, ölən və yaralananlar var

iranda-qar-ucqunu-oldu-olen-ve-yaralananlar-var
Oxunma sayı: 1089

İranda Kərəc-Çalus avtomobil yolunda qar uçqunu baş verib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İRNA agentliyi Əlborz vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi, polkovnik Bijan Cənnətiyə istinadən məlumat yayıb.

“Çərşənbə axşamı səhər Tehran-Şimal avtomobil yolunun tikintisi zamanı qar uçqunu baş verib. Fəhlələrdən biri ölüb, ikisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - deyə Cənnəti qeyd edib. 

Onun sözlərinə görə, yol polisi və fövqəladə hallar xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində xeyli insan xilas edilib.