İranda qaz-boru kəmərində partlayış - 5 ölü, 6 yaralı+ Video

iranda-qaz-boru-kemerinde-partlayis
Oxunma sayı: 1323

İranın cənub-qərbində Əhvaz və Məhşəhr şəhərləri arasında yerləşən qaz-boru kəmərində partlayış baş verib.

“Qafqazinfo”nun məlumatına görə, nəticədə 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qeyd olunur ki, partlayış baş verən zaman yaxınlıqda olan avtobus, minik və yük avtomobilləri yanıb. 

Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.