İranda saxta içkidən kütləvi zəhərlənmə - Ölənlər var

iranda-saxta-ickiden-kutlevi-zeherlenme
Oxunma sayı: 2518

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən zəhərlənən 75 nəfərdən 10-u həyatını itirib.

“Qafqazinfo”nun xəbərinə görə, bunu Hörmüzqan Səhiyyə Elmləri Universitetinin sözçüsü Fatma Nevruziyan “Tasnim”ə bildirib.

“Bəndər Abbas şəhərində saxta spirtdən zəhərlənən 75 nəfər xəstəxanalara müraciət edib. Bu xəstələrdən 10-u həyatını itirib”, - o qeyd edib.

Sözçü əlavə edib ki, ölənlərdən biri qadındır, dörd nəfərin isə vəziyyəti ağır qiymətləndirilir.