İranda saxta içkidən ölənlərin sayı 255-ə çatdı

iranda-saxta-ickiden-olenlerin-sayi-255-e-catdi
Oxunma sayı: 2474

İranda koronavirusdan qorunmaq məqsədilə saxta içkidən istifadə edən və zəhərlənərək həyatını itirənlərin sayı 255-ə çatıb.

"Qafqazinfo" "İRNA"ya istinadən xəbər verir ki, Fars ostanının Təcili Yardım Mərkəzinin rəhbəri Məhəmməd Cavad Muradiyan spirt zəhərlənməsi səbəbilə xəstəxanaya müraciət edənlərin sayının martın 6-dan etibarən 592-yə yüksəldiyini söyləyib:

"Alkoqolun koronavirusun müalicəsində təsirli olduğu barədə yayılan şayiələrə görə bir çox insan xəstəxanalara müraciət edib. Xəstəxanaya müraciət edənlərin 72-si zəhərlənmə səbəbindən həyatını itirib".