İranda sel fəlakəti - Ölən və yaralananlar var

iranda-sel-felaketi
Oxunma sayı: 1740

İranın 17 əyalətində iki gün ərzində baş vermiş sel fəlakəti və qar fırtınasında 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. İranın axtarış və xilasetmə təşkilatının rəhbəri Murtaza Səlimi bildirib ki, Hörmüzgan əyalətində bir nəfər avtomobilində olarkən selə düşüb və dünyasını dəyişib.

Fəlakətin yaşandığı digər şəhərlər isə Mazandaran, Gilan, Kirmanşah, Kürdüstan, Qəzvin, Fars, Sistan-Bəlucistan, Simnan, Zəncan, Xuzistan, Cənubi və Şimali Xorasan, Tehran, Ərdəbil, İsfahan, Şərqi Azərbaycan əyalətləridir.