İranda sel fəlakətində ölənlərin sayı 62-yə çatdı

iranda-sel-felaketinde-olenlerin-sayi-62-ye-catdi
Oxunma sayı: 796

İranda güclü sel fəlakəti 2 həftədir ağır fəsadlara yol açıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Şirazda 21, Loristanda 14, Gülüstanda 8, Mazandaranda 5, Həmədanda 5, Şimali Xorasanda 3, Kohgiluyə və Boyer-Əhməddə 2, Xorasan, Simnan, Xuzistan və Kirmanşahda isə 1 nəfər dünyasını dəyişib.

478 nəfərin isə xəsarət aldığı bildirilir.

Xuzistan ostanında Dez və Kərha su bəndlərinin aşması təhlükəsi olduğu üçün bölgədə fövqəladə vəziyyət elan edilib və 96 kənd boşaldılıb.