İranda sel fəlakətinin qurbanlarının sayı artaraq 57 nəfərə çatıb.
“Qafqazinfo” “İrna” agentliyinə istinadən xəbər verir ki, 478 nəfər isə daşqınlar nəticəsində xəsarət alıb.
Onlardan 430-u xəstəxanada həkim nəzarətindədir. Sel səbəbindən 630 kənd və qəsəbəyə ziyan dəyib. 350 körpü və su kanalı isə dağılıb.
Son xəbərlər
Son Xəbərlər