İranda səsvermə başa çatdı

iranda-sesverme-basa-catdi
Oxunma sayı: 1591

İranda seçki məntəqələri bağlanıb, parlament seçkiləri başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.

İran parlamentinə seçkilər yerli vaxtla saat 08:00-da başlayıb. Prosesin saat 20:00-də yekunlaşacağı gözlənilsə də, bu, seçici fəallığının yüksək olması səbəbindən mümkün olmayıb və bir sıra rayonlarda seçki məntəqələrinin iş vaxtı uzadılıb.

“Səsvermə gecəyarısı yekunlaşıb”, - seçkilərin keçirilməsi üzrə qərargahın nümayəndəsi İsmayıl Musəvi deyib.