İranda şeytana sitayiş edən 135 nəfər saxlanıldı

iranda-seytana-sitayis-eden-135-nefer-saxlanildi
Oxunma sayı: 1736

İranın paytaxtı Tehrandan şimal-şərqdə yerləşən Dəmavənd şəhristanında şeytana sitayiş etməkdə şübhəli bilinən 135 nəfər saxlanılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu haqda Dəmavəndin Baş prokuroru İbrahim Bəsabi bildirib. Onun sözlərinə görə, saxlanılanların üzərində satanistlərə məxsus simvollar olub.

Qadınlardan və kişilərdən ibarət qrupun 7 üzvü həbs edilib, qalanları isə şərti azadlığa buraxılıb.