İranda silahlı hücum - SEPAH komandiri öldürüldü

iranda-silahli-hucum
Oxunma sayı: 3193

Bu gün İranda terror aktı törədilib.

“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, naməlum şəxslərin Sistan və Bəlucistan vilayətində silahlı hücumu nəticəsində 6 nəfər həlak olub.

Ölənlərdən birinin vilayətin Nikşəhr bölgəsində yerləşən Bent şəhərinin SEPAH komandiri Parviz Kadxodaei olması bildirilir. Onunla yanaşı Bent Şəhər Şurasının rəhbəri Yusif Şirani, hərbi xidmətə çağırılan 2 əsgər və daha 2 nəfər də həyatını itirib.

Hadisənin kimlər tərəfindən törədilməsi hələlik məlum deyil.