İranda son sutkada 6 mindən çox yoluxma

iranda-son-sutkada-6-minden-cox-yoluxma
Oxunma sayı: 1197

İranda son sutka ərzində daha 6 045 nəfərdə koronavirus aşkarlanıb, 101 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 1 237 474-ə, virus qurbanlarının sayı isə 55 438-ə yüksəlib.

İndiyədək 1 004 326 nəfər sağalıb.