İranda son sutkada 6 minə yaxın yoluxma

iranda-son-sutkada-6-mine-yaxin-yoluxma
Oxunma sayı: 1002

İranda son sutka ərzində daha 5 960 nəfərdə koronavirus aşkarlanıb, 102 nəfər vəfat edib.

“Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 1 243 434- ə, virus qurbanlarının sayı isə 55 540-a yüksəlib. İndiyədək 1 milyon 13 min 18 nəfər isə virusdan sağalıb.