İranda təcili yardımın rəhbəri də koronavirusa yoluxub

iranda-tecili-yardimin-rehberi-de-koronavirusa-yoluxub
Oxunma sayı: 2272

İran Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Pirhuseyn Qulivənd koronavirusa yoluxub. “Qafqazinfo” xəbər verir ki, bu barədə mərkəzin Mətbuat xidməti məlumat yayıb.

“O, hazırda müalicə alır və özünü yaxşı hiss edir”, - deyə mərkəzin veb-saytında açıqlama verilib.

Qeyd edək ki, İran 2300-dən çox yoluxma halı və 77 ölüm faktı ilə epidemiyadan ən çox təsir görən ölkələr siyahısındadır.