İran dövlət televiziyasında səhvən Ceki Çanın sevişmə səhnələri göstərildiyi üçün bölgə müdiri işdən çıxarılıb.
"Qafqazinfo" xəbər verir ki, kişi və qadının əllə görüşməsi belə efirə verilmədiyi halda dövlət televiziyası IRIB filmdə sevişmə səhnələrini yayımlayıb. Məsələ izləyicilərdən birinin sözügedən kadrları televiziyadan çəkib sosial şəbəkədə paylaşması nəticəsində aktuallaşıb. Rəhbərlik açıqlama yayaraq bu kimi görüntülərin kanal prinsiplərinə uyğun olmadığını və məsul şəxslərin işdən qovulduğunu bildirib.
Qeyd olunub ki, işdən çıxarılanlar arasında kanalın Kiş bölgə rəhbəri də var. Ancaq kanal rəhbərliyinin bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Tvitter istifadəçiləri "Ölkədə avtobuslar aşır, təyyarələr düşür, gəmilər batır, ancaq heç kim qovulmur. Bir neçə saniyəlik sevişmə səhnəsinə görə nə qədər adam işdən çıxarılır" sözlərini yazıb.
Son xəbərlər
Son Xəbərlər