İranda vatsapa da giriş məhdudlaşdırıldı

iranda-vatsapa-da-giris-mehdudlasdirildi
Oxunma sayı: 1287

İran ərazisində vatsap mesencerindən istifadə məhdudlaşdırılıb.

“Qafqazinfo” “Fars” agentliyinə istinadən xəbər verir ki, sentyabrın 21-i axşam saatlarından mesencerə girişə ciddi şəkildə məhdudiyyət qoyulub.

Məlumata görə, İran rəhbərliyi buna səbəb olaraq ölkədə “müxalif elementlərin fəaliyyətini” göstərib.

Məhdudiyyətlərin nə qədər davam edəcəyi qeyd olunmayıb.

Xatırladaq ki, dünən axşam saatlarından İranda instaqrama da giriş məhdudlaşdırılıb.