İranda vitse-prezidentlə iki nazir koronavirusa yoluxdu

iranda-vitse-prezidentle-iki-nazir-koronavirusa-yoluxdu
Oxunma sayı: 1573

İranın vitse-prezidenti İshak Cahangiridə,  Mədəni irs və turizm naziri Əli Əsgər Munusada, Sənaye, Mədən və Ticarət naziri Rza Rəhmanidə koronavirus aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Xatırladaq ki, Rza Rəhmani ötən gün karantində saxlanıldığı xəstəxanadan evə buraxılmışdı.

İranda 9 mindən çox insan koronavirusa yoluxub. 354 nəfər isə dünyasını dəyişib.