İranda yenidən zəlzələ oldu, Naxçıvanda hiss edildi - Yenilənib

iranda-yeniden-zelzele-oldu-naxcivanda-hiss-edildi
Oxunma sayı: 3350

Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

***

Oktyabrın 5-də Naxçıvan seysmoloji stansiyasından 92 kilometr cənub-qərbdə - İran ərazisində yenidən zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 17:51-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 5.1-ə bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.