İranda yoluxma və ölüm halları yenidən artır

iranda-yoluxma-ve-olum-hallari-yeniden-artir
Oxunma sayı: 1987

İranda son 24 saatda 63 nəfər koronavirusdan həyatını itirib, daha 2 886 nəfərdə isə yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlama verib. Onun sözlərinə görə, qadağaların və məhdudiyyətlərin götürülməsi yoluxma və ölüm hallarının artım tempini yenidən sürətləndirib. Ölkə üzrə koronavirusa yoluxanların sayı 167 min 156-ya çatıb, 8 134 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

Cahanpur bildirib ki, bu günə qədər ölkədə 1 milyon 40 min insan koronavirus testindən keçib. Ümumilikdə 129 741 pasiyent müalicə olunaraq xəstəlikdən sağalıb.

Qeyd edək ki, İranda may ayının əvvəlində günlük yoluxma halları 800-ün altında, ölüm halları isə 50-nin altında idi.