İranda 4,8 bal gücündə zəlzələ olub.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, zəlzələ Urmiya şəhərində qeydə alınıb. Təkanlar yerin 11 kilometr dərinliyində meydana gəlib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.