İranda zəlzələ oldu, yaralananlar var

İranda zəlzələ oldu, yaralananlar var
Oxunma sayı: 1286

İranın Şimali Xorasan ostanının Sənxast şəhərində 5.5 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” “İRNA”ya istinadən xəbər verir ki, Tehran Universiteti Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 03:33-də baş verib.

Yeraltı təkanların episentri 16 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra 10 afterşok (təkrar seysmik təkanlar) baş verib.

İran Qızıl Aypara Cəmiyyətinin Xilasetmə və Yardım Təşkilatının rəhbəri Mehdi Vəlipurun sözlərinə görə, zəlzələ nəticəsində üç nəfər yaralanıb.

Hazırda qurumun xilasetmə və yardım qrupları zəlzələ qurbanlarına yardım üçün bölgəyə cəlb edilib.