Xəbər verdiyimiz kimi, İranın Xoy şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 2 nəfər ölüb, 580 nəfər yaralanıb.
Bildirilib ki, zəlzələdən sonra dəymiş ziyanın miqdarını, yardım və xidmətlərin göstərilməsi prosesini dəqiq qiymətləndirmək üçün zəlzələdən zərər çəkmiş ərazilərə qiymətləndirmə qrupları göndərilib.
***
İranın Xoy şəhərində baş vermiş zəlzələdə yaralananların sayı artıb.
Zəlzələ nəticəsində 664 insanın yaralandığı bildirilir.
***
İrandakı zəlzələdə yaralananların sayı 816 nəfərə çatıb.
Bu haqda məlumatı İranın "İSNA" xəbər agentliyi yayıb.
Son xəbərlər
Son Xəbərlər