İrandakı aksiyalarda ölənlərin sayı 76-ya çatdı

irandaki-aksiyalarda-olenlerin-sayi-76-ya-catdi
Oxunma sayı: 1675

İranda hazırda davam edən etiraz aksiyaları zamanı həlak olanların sayı 76-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Iran Human Rights” qeyri-hökumət təşkilatı yayıb. 

Xəbəri rus dilində oxuyun: Чем закончится заигрывание США с Ереваном?

Daha əvvəl yayılan məlumatda isə, aksiyalar zamanı 55 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı polis etirazçılara atəş açıb.