İrandakı etirazlara dəstək olaraq tribunada saçını kəsdi - Video

irandaki-etirazlara-destek-olaraq-tribunada-sacini-kesdi
Oxunma sayı: 4627

İsveç parlamentinin deputatı Abir Əl Sahlani İranda hökumət əleyhinə etirazlara dəstək olaraq saçını kəsib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, deputat bunu Strasburqda parlamentin tribunasında çıxışı zamanı edib.

O, “Qadın, həyat, azadlıq” sözlərini deyərək qayçı ilə saçlarını kəsib.