İrandakı iğtişaşlarda ölən və yaralananların sayı bəlli oldu

irandaki-igtisaslarda-olen-ve-yaralananlarin-sayi-belli-oldu
Oxunma sayı: 3039

Məhsa Əmininin ölümündən sonra İranın şəhərlərində baş verən etiraz və iğtişaşlarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu saya həm etirazçılar, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları daxildir. İranın bir sıra dövlət mediası həmçinin bildirir ki, Gilan (ölkənin şimalında) və Kirmanşah (ölkənin qərbində, Kürdüstan əyaləti) şəhərlərində baş verən iğtişaşlar nəticəsində ümumilikdə 95 nəfər yaralanıb.

Bundan əlavə, Gilan əyalətinin polis rəisinin dərc olunan bəyanatına əsasən, bir sıra şəhərlərdə azı 128 etirazçı polis tərəfindən saxlanılıb.

Məhsa Əmini sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanılaraq polis idarəsinə göndərilməsi, üç gün sonra isə vəfat etməsi İranın bir sıra iri şəhərlərinin küçələrində kütləvi etirazlara səbəb olub.

Etirazlar zamanı bir neçə nəfər, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olub.