İrandakı zəlzələ Azərbaycanda da hiss olunub

irandaki-zelzele-azerbaycanda-da-hiss-olunub
Oxunma sayı: 1512

Yerli vaxtla saat 04:58-də Naxçıvan stansiyasından 103km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo"ya verilən məlumata görə, zəlzələnin maqnitudası 4,5, dərinliyi 10 kilometr olub.

Zəlzələ Culfa və Ordubad rayonlarında zəif hiss olunub.