İrandakı zəlzələ Naxçıvanda da hiss edildi

irandaki-zelzele-naxcivanda-da-hiss-edildi
Oxunma sayı: 2069

Saat 20:00-da İranın Xoy şəhərində 5,9 bal gücündə baş vermiş zəlzələ Naxçıvan Muxtar Respublikasında da hiss olunub.

“Qafqazinfo” Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ Naxçıvanda 3-4 baladək qeydə alınıb.