İrandakı zəlzələ Naxçıvanda da hiss edilib

irandaki-zelzele-naxcivanda-da-hiss-edilib
Oxunma sayı: 2114

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss edilib.

"Qafqazinfo"nun Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.