İrandakı zəlzələdə 3 nəfər ölüb

irandaki-zelzelede-3-nefer-olub
Oxunma sayı: 756

Xəbər verdiyimiz kimi, İran və Türkmənistanın sərhədində 5,8 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, təkanlar ölkənin yerli vaxtla 22:31-ə təsadüf edib. Məlumata görə, dağıntılar zamanı azı 3 nəfər ölüb, 225 nəfər isə yaralanıb. 

Zəlzələdən sonra bəzi ərazilərə işıq, qaz və su verilişi dayandırılıb. Hadisə yerində xilasedicililər işləyir.