İrandakı zəlzələdə yaralananların sayı 1000-i ötdü

irandaki-zelzelede-yaralananlarin-sayi-1000-i-otdu
Oxunma sayı: 1224

İranda zəlzələ nəticəsində yaralanan şəxslərin sayı 1000-i ötüb.

“Qafqazinfo” İranın “IRIB” telekanalına istinadən xəbər verir ki, yaralıların sayı 1127-yə çatıb.

Xatırladaq ki, oktyabrın 5-i İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində 5,7 bal gücündə zəlzələ baş verib. Daha sonra ölkədə 5,1 bal gücündə zəlzələ qeydə alınıb.