DSX hərbçiləri ölkəyə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısını alıb.
“Qafqazinfo” qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsi tərəfindən külli miqdarda narkotikin qaçaqmalçılıq yolu ilə İrandan ölkəyə keçirilməsinin qarşısı alınıb.
Fevralın 26-sı saat 19:40-da keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə (41 kq 535 qr marixuana; 1 kq 015 qr metafetamin) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.