İrandan ABŞ-a sərt mesaj

irandan-abs-a-sert-mesaj
Oxunma sayı: 1631

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Dövlət katibi Entoni Blinkenin dünənki çıxışına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının nüvə anlaşmasına dəstək qərarına işarə edən Zərif “ABŞ nüvə razılaşmasını pozdu, iranlıların qida və dərman tədarükünün qarşısını aldı, 2231 saylı qətnaməyə əməl edənləri cəzalandırdı. Bu çirkin müddətdə İran razılaşmaya sadiq qaldı. İlk addımı kim indi atmalıdır? Trampın uğursuz təzyiqlərini unutmayın”,- deyə bildirib.

İran Prezidenti Həsən Ruhaninin müşaviri Hüsaməddin Aşina isə ABŞ-ın yeni rəhbərliyinin addımlarını keçmiş rəhbər Trampın metoduna bənzədərək bunun nəticə verməyəcəyini deyib. 

İranın Strateji Araşdırmalar Mərkəzinə də rəhbərlik edən Aşina tvitter hesabında paylaşdığı bir mesajda, “ABŞ Dövlət katibinin ölkəsinin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün şərt təklif etməsidir. Bu olmasaydı, Tramp Ağ Evi Tehrandan bir telefon həsrəti ilə tərk etməzdi”,- deyə söyləyib.