İrandan ABŞ və Avropa dövlətlərinin nüvə çağırışına sərt reaksiya

irandan-abs-ve-avropa-dovletlerinin-nuve-cagirisina-sert-reaksiya
Oxunma sayı: 953

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ və üç Avropa ölkəsinin (Fransa, Almaniya və İngiltərə) nüvə sazişi ilə bağlı mövqeyini kəskin şəkildə tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, XİN rəhbərinin tvitter hesabında məsələ ilə bağlı paylaşımında deyilir:

“ABŞ qəbul edib ki, İran nüvə sazişindən çəkildikdən sonra kompensasiyaedici addımlar atıb. Halbuki İran o zamana qədər nüvə ilə bağlı müəyyən olunmuş  çərçivələrə sadiq qalıb.

Mövcud vəziyyətin səbəbkarı olan ABŞ-ın davranışı hələ də dəyişməyib. Avropa üçlüyü (İngiltərə, Almaniya və Fransa) də üç il müddətində İranla ticarət əməliyyatlarının aparılmamasında məsuliyyət daşıyır.

ABŞ və Avropa üçlüyü İrana nüvə sazişindəki 36-cı maddə çərçivəsində atdığı addımlar mövzusunda çağırış etmək əvəzinə, problemin səbəbini ortadan qaldırmalıdır”.