İrandan aldıqları külli miqdarda narkotiki Şəmkirə apardılar

irandan-aldiqlari-kulli-miqdarda-narkotiki-semkire-apardilar
Oxunma sayı: 2172

Şəmkirdə narkokuryerlərə qarşı əməliyyat keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İrandan qeyri-qanuni yolla Şəmkirə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Elşad İbrahimov və Nurəddin Hüseynov rayon ərazisində gizlədilən narkotik vasitəni 12000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin Gürcüstanla sərhəd rayonlarına aparmağa razılaşıblar. Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan külli miqdarda qiyməti olan 8 kq 122 qram heroin, 2 kq 297 qram tiryək, 111 qram psixotrop maddə olan metamfetamin və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində E. İbrahimovun daha əvvəllər də iranlı vətəndaşla cinayət əlaqəsinə girərək kiçik həcmdə narkotik transferi etməsi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.