İrandan Azərbaycana narkotik gətirənlər saxlanıldı -

irandan-azerbaycana-narkotik-getirenler-saxlanildi-
Oxunma sayı: 746


Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bir nəfərdən Biləsuvar və bir nəfərdən isə Astara Gömrük İdarəsində yoxlanış zamanı narkotik aşkarlanıb.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Etiram Əliyevin çantasına baxış zamanı çantadan 1 ədəd bükümdə, xalis çəkisi 2,73 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub. 

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Mahir Sadıqovun əl yüklərinə baxış zamanı təsiredici maddəsinin xalis çəkisi 4,0 qram olan 100 ədəd narkotik vasitə - metadon aşkar edilib. 

Hər iki faktla bağlı təhqiqat aparılır.

Murad Əhməd

“Qafqazinfo”