İrandan Ərəbistanı hirsləndirəcək addım

irandan-erebistani-hirslendirecek-addim
Oxunma sayı: 1999


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki,  İran donanması Ədən körfəzi və Bab-ül Məndəb boğazına iki döyüş gəmisi göndərib. Gəmilər bu gün İranın Bəndər Abbas şəhərindən mərasimlə yola salınıb. 

Bu addımın məqsədi isə “dəniz ticarət yollarının təhlükəsizlik altına alınması və İranın maraqlarının qorunması” olaraq göstərilib. 

Qeyd edək ki, Ərəbistan və digər Körfəz ölkələri husilərə qarşı beynəlxalq koalisiya yaradaraq, “Qətiyyət tufanı” adlı hərbi əməliyyata start veriblər. Koalisiya İranı husilərə yardım göstərməkdə günahlandırır.