İrandan gələn qadından narkotik çıxdı

irandan-gelen-qadindan-narkotik-cixdi
Oxunma sayı: 1201


Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, baxış zamanı  əl yükündə  üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində  gömrük nəzarətindən gizlədilən və xalis çəkisi 880  qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Eyni üsuldan istifadə edərək ölkə ərazisinə narkotik vasitə keçirmək istəyən Azərbaycan vətəndaşı Piriyev İlqar Məhərrəməli oğlu da saxlanılıb. İlqar Piriyev piyada yolla İran İslam Respublikasından Azərbaycana  gələrkən Astara Gömrük İdarəsinin  Sərnişin şöbəsində ona məxsus iki ədəd əl yükünə  gömrük baxışı keçirilib.  Gömrük nəzarəti zamanı üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində, gömrük nəzarətindən gizlədilən və  xalis çəkisi 950 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.  

Hər iki faktla bağlı araşdırma aparılır.