“29 fevralda İranla sərhəddə məhdudiyyət tətbiq olunduqdan sonra 276 nəfər xüsusi dəhliz vasitəsilə ölkəmizə keçib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabinetinin yanında operativ qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, həmin şəxslər hazırda karantin rejimində saxlanılır: “Onların keçidi zamanı bütün profilaktik tədbirlər həyata keçirilib, 14 gün müddətində karantin rejimində saxlanılacaqlar. Bundan başqa, İrandan daha öncə ölkəmizə keçən digər vətəndaşlar da hələ ki, 14 gün müddətində karantində saxlanılır. Onların hər birindən analizlər alınıb”.
Y. Qarayeva bildirib ki, hazırda respublikamızda “COVİD - 19” virusu təsdiqlənmiş 3 şəxs var və onların vəziyyəti stabildir.
“Həkimlərin əməyi yüksək səviyyədə qiymətləndirilir. Onların sağlamlığının qorunması bizim ilkin vəzifəmizdir və bunun üçün də lazımi işlər görülür, büdcə ayrılıb”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər