İrandan Küveytə cavab gecikmədi

irandan-kuveyte-cavab-gecikmedi
Oxunma sayı: 695

İranın Küveytdəki təmsilciliklərinin bəzilərini bağlanmasına və diplomatların ölkədən çıxarılmasına cavab verilib.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, İran da adekvat addımlar atacağını və Küveyt diplomatların bir çoxunun ölkədən çıxarılacağını açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bildirib ki, Küveytin səbəbsiz ittihamları üzücüdür:

“Küveytin Tehrandakı təmsilçisi Fəllah əl-Hacrəf XİN-ə çağırdıq. “Əl-Abdali” qruplaşması ilə əlaqələrimizin olmadığını ona bildirdik”.

Qeyd edək ki, Küveyt İranı “Əl-Abdali” qruplaşması ilə əlaqəsinin olmasında ittiham edərək iranlı diplomatları ölkədən çıxarıb. Bundan başqa, İran səfirinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.