İrandan neftlə bağlı yeni proqnoz - - 80 dollara qalxacaq

irandan-neftle-bagli-yeni-proqnoz-
Oxunma sayı: 1154


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İranın neft nazirinin müavini Rokneddin Cavadinin sözlərinə görə, bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılandan sonra hasilat həcmi üç ay ərzində sutkada 2,5 milyon barellə çatacaq. O həmçinin əlavə edib ki, 2016-cı ildə neftin barelli 80 dollara qalxa bilər.

Nazir müavini əminliklə vurğulayıb ki, bazarda çox şey qiymət və situasiyadan asılı olsa da, İran ticarəti yeniləyəcək və sutkada 2,5 milyon barell neft ixrac edəcək ki, bunun da 50 faizi Asiya ölkələrinə olacaq.