İrandan o ölkədən gələn mallara qadağa - Gərginlik artır

irandan-o-olkeden-gelen-mallara-qadaga
Oxunma sayı: 1783

İran Səudiyyə Ərəbistan istehsalı olan və ya bu ölkədən İrana gətirilən bütün malların idxalını qadağan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərar prezident Həsən Ruhaninin rəhbərlik etdiyi Nazirlər Kabinetinin toplantısında qəbul edilib.

İran, həmçinin Səudiyyə Ərəbistanına edilən ümrə səfərlərinin də dayandırıldığını bəyan edib. 

Xatırladaq ki, şiə din xadiminin Səudiyyə Ərəbistanında edam edilməsi ilə başlayan gərginlik diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxarıb. Bu gün isə İran daha bir iddia ilə çıxış edərək Yəməndəki səfirliyinin Səudiyyə tərəfindən hava hücumuna məruz qaldığını bəyan edib.