İrandan Türkiyəyə qaz nəqli bərpa edildi

irandan-turkiyeye-qaz-neqli-berpa-edildi
Oxunma sayı: 1218

İrandan Türkiyəyə qaz nəqli bərpa edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BOTAŞ məlumat yayıb.

Bildirilib ki, bərpa məhdud xarakterlidir. Bununla belə, sənaye istehlakçılarına tətbiq olunmuş 40 faizliq məhdudiyyət 20 faizə salınıb.

Qeyd edək ki, İrandan Türkiyəyə qaz nəqli Gürbulaq giriş məntəqəsində yaranan problem səbəbindən yanvarın 20-dən dayandırılmışdı.