İrandan Türkiyəyə təxliyyə edilən 132 nəfərin analiz nəticələri açıqlandı

irandan-turkiyeye-texliyye-edilen-132-neferin-analiz-neticeleri-aciqlandi
Oxunma sayı: 3820

“İrandan Türkiyəyə təxliyyə olunan 132 nəfər vətəndaşımızda koronavirus əlamətləri yoxdur, analizlərin nəticələri neqativ çıxdı”.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca deyib. O bildirib ki, indiyədək Türkiyədə koronavirusa rast gəlinməsə də, bütün sərhəd boyunca təhlükəsizlik tədbirləri görüləcək:

“İranda yayılan koronavirus səbəbindən Tehrandan Türkiyəyə gətirilən 132 sərnişin və 8 heyət üzvü iki mərkəzdə nəzarət altına götürülüblər. 132 nəfərin heç birində koronavirus əlaməti yoxdur. Analizlər neqativ çıxdı. Bununla belə, İranla sərhəd boyunca sahə xəstəxanaları yaradıb, gəlmək istəyən vətəndaşlarımız üçün hazır vəziyyətə gətiriləcək.

Xüsusilə, Qum və Məşhəd şəhərlərindən gələnlərin 14 günlük karantində saxlanılacaq, bu şəhərlərə getməyənlər isə 7 gün sahə xəstəxanalarında gözlədiləcək.

Hazırda İrandan türk vətəndaşların ölkəyə girişinə icazə vermirik, ancaq Türkiyədən gedə bilərlər.

Çinlə isə gediş-gəliş tamamilə dayandırılıb”.

Xatırladaq ki, Tehran-İstanbul aviareysini həyata keçirən Türk Hava Yollarının təyyarəsi koronavirus şübhəsi səbəbindən Esenboğa hava limanında təcili eniş etmişdi.